[b]İlkay Gündoğan üçün mövsüm bitdi?[/b]
15.12.2016 - 09:28
[b]İlkay Gündoğan üçün mövsüm bitdi?[/b]

“Mançester Siti” aparıcı futbolçularından olan İlkay Gündoğanı yenidən itirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ciddi zədə alıb.

 

Belə ki, İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində “Uotford”la qarşılaşmada dizindən xəsarət alan Türkiyə əsilli oyunçu 44-cü dəqiqədə Fernando ilə əvəzlənib. Ulduz futbolçunun durumuna bu gün tibbi müayinədən sonra aydınlıq gələcək. Lakin ilkin ehtimala görə, zədə çox ciddidi və İlkay mövsümün sonuna qədər komandadan ayrı qala bilər.

 

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola da bundan narahat olduğunu bildirib: “Fikrimcə, uzun müddət İlkayı yaşıl meydanlarda görə bilməyəcəyik. Bu, bizim üçün çox pis xəbərdi”.

 

Qeyd edək ki, “Mançester Siti” “Uotford”u 2:0 hesabı ilə məğlub edib.