[b]İnfantinonun “qara iş”ləri araşdırılır[/b]
07.04.2016 - 13:09
[b]İnfantinonun “qara iş”ləri araşdırılır[/b]

FİFA-nın yeni prezidenti Canni İnfantinonun başı bəladadı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Çempionlar Liqasının yayım hüquqlarının Ofşor şirkətlərə verilməsində qanunsuzluq edildiyi iddiasının ardından UEFA-nın baş ofisinə hücum edilib.

 

Bir çox dövlət rəhbərlərinin də aralarında olduğu dünyanın tanınmış simalarının “vergi cənnəti”ndəki gizli hesablarını göstərən “Panama Sənədləri” indi də İnfantinonu çətin vəziyyətə salıb. Onu narahat edən məqam 2006-cı ildə idarəçisi olduğu Çempionlar Liqasının yayım haqlarının satışı üçün əldə edilən anlaşmada imzasının olmasıdı. Sənədlər ÇL-in Ekvadordakı televiziya haqlarının 111 min dollara alınıb, qısa müddət sonra 311 min 170 dollara “Teleamazonas” adlı kanala satıldığını göstərir.

 

İnfantinonun bu anlaşmalardakı rolu, xüsusən də, FİFA-da islahatlar istəyənləri və ingiltərəli millət vəkillərini hərəkətə gətirib. Onlar bu məsələ ilə əlaqədar araşdırmaya başlanılmasını tələb ediblər. FİFA-nın Etika Komitəsi bununla bağlı açıqlama verməkdən imtina etdiyi halda İnfantino qısaca “UEFA-nın və mənim yanlış iş gördüyümü göstərən dəlil yoxdu”, deyib.

 

İsveçrə polisi bu iddialardan sonra UEFA-nın mərkəzi ofisinə hücum edib. Qitə futbol qurumundan məsələ ilə bağlı açıqlamada polisin UEFA və vasitəçi şirkətlər arasında əldə edilən sözləşmələri incələmək üçün ofisə gəldiyi bildirilib.