[b]İngilis futbolçunu qatar vurub öldürdü[/b]
31.08.2016 - 22:28
[b]İngilis futbolçunu qatar vurub öldürdü[/b]

İngilis qadın futbolçu ölü tapılıb. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, qadınlardan ibarət İngiltərə U-19 millisinin üzvü Zoe Taynan Mersisaydda vəfat edib.

 

Yerli polis orqanları onun cəsədini “Vest Allerton” stansiyasında aşkarlayıblar. Gənc xanım futbolçunun qatarla toqquşmadan sonra dünyasını dəyişdiyi ehtimal olunsa da, yerli hüquq-mühafizə orqanları qətl variantını da araşdırılar.

 

Qeyd edək ki, “Fayl Leydis” klubunda çıxış edən futbolçu daha əvvəl “Mançester Siti” və “Everton”un da qadınlardan ibarət komandasında oynayıb.