[b]İngilislər “Qarabağ”ın start heyətini açıqladı[/b]
11.09.2017 - 12:37
[b]İngilislər “Qarabağ”ın start heyətini açıqladı[/b]

Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində sabah “Çelsi”nin qonağı olacaq “Qarabağ”ın ehtimal “11-liy”i açıqlanıb. Apasport.az saytı xəbər verir ki, Britaniya mətbuatında bununla bağlı yazı dərc edilib.

 

“Qarabağ”ın üzvü Ansi Aqollinin Albaniya yığmasında zədələnməsindən xəbərsiz olan ingilis həmkarlarımız təcrübəli müdafiəçinin adını da Ağdam klubunun start heyətinə daxil ediblər. Onların fikrincə, baş məşqçi Qurban Qurbanov son transferlər – Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevə Londondakı qarşılaşmada ilk “11-lik”də yer verməyəcək.

 

Həmkarlarımızın ehtimallarına görə, “Qarabağ” “Stemford Bric”ə bu heyətlə çıxacaq: İbrahim Şehiç, Maksim Medvedev, Yakub Jezniçak, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Vild-Donald Gerrye, Miçel, Riçard Almeyda, Mahir Mədətov, Dino Ndlovu.

 

Təbii ki, Aqollinin durumunu nəzərə alsaq, onun “Çelsi”yə qarşı oynayacağı inandırıcı deyil. Qurban Qurbanov da Ansinin zədəli olduğunu təsdiqləmişdi. Bundan əlavə, “Kopenhagen”lə cavab görüşündə xəsarət alan Vild-Donald Gerrye “Qəbələ” ilə çempionat matçında komandasına kömək edə bilməmişdi. Bu mənada, baş məşqçinin meydana buraxacağı heyətdə başqa dəyişikliklərin də olması mümkündü.

 

Qeyd edək ki, “Qarabağ” ÇL-in qrup mərhələsinə qədər Gürcüstanın “Samtredia”, Moldovanın “Şerif” və Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdırıb.

 

 

 

0