[b]İngiltərə ilə Azərbaycan futbolunun fərqi[/b]
14.12.2016 - 15:27
[b]İngiltərə ilə Azərbaycan futbolunun fərqi[/b]

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) UEFA-ya üzv olan 31 ölkənin liqaları ilə bağlı maraqlı araşdırma aparıb. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ildə 18 yaşdan kiçik futbolçuların ən çox üstünlük verdikləri ölkələr müəyyənləşib.

 

Araşdırmanın nəticəsinə görə, bu il 18 yaşadək oyunçuların 180-i İngiltərədə oynamağı üstün tutub. “Dumanlı Albion”u 78 oyunçu ilə İtaliya izləyir. İlk “üçlüy”ü isə il ərzində 53 yeniyetmənin cəmləşdiyi Hollandiya qapayır. Həmçinin Fransaya 42, Almaniyaya 36, İspaniyaya isə 33 yeniyetmənin transferi gerçəkləşib.

 

Ölkə xaricinə ən çox futbolçu göndərən ölkə Belçika olub. 2016-cı ildə bu ölkənin 38 yeniyetmə oyunçusu legioner həyatı yaşamaq qərarına gəlib. Növbəti yerləri İsveç, Fransa (23), Macarıstan (22), Avstriya, Braziliya (20) və Nigeriya (19) tuturlar.

 

2016-cı ildə Azərbaycana gələn ümumi legioner sayı isə 27 olub. Həmin əcnəbilərdən 3-ü yanvarda, digər 24-ü isə yay fasiləsində və cari mövsümün gedişində ölkəmizə köçüb. Bu il ölkəmizə gələn ən gənc oyunçunun 21 yaşı olub. Bu yaşda 3 futbolçu - Denilson Pereyra, Nasır Abilayev və Feyzi Aşkan yayda Azərbaycana yollanıb.