[b]İngiltərə klubu yeni məşqçisini tapdı[/b]
30.06.2016 - 18:07
[b]İngiltərə klubu yeni məşqçisini tapdı[/b]

İngiltərənin “Sauthempton” klubunun yeni çalışdırıcısı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Ronald Kumanın “Everton”a keçidindən sonra boş qalan baş məşqçi postuna Klod Pyuel gətirilib.

 

54 yaşlı mütəxəssis “Nitsa”dan ayrıldıqdan sonra karyerasını İngiltərə davam etdirməyi lazım bilib. Fransız çalışdırıcı ilə bu gün rəsmi müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Sauthempton” Premyer Liqanın 2015/2016 mövsümünü 6-cı pillədə başa çatdırıb.