Sabah Avropa Liqasında 1/4 finalçıların adlarına aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin bütün görüşləri eyni gündə baş tutacaq.
Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbaxça” öz meydanında 1 cavabsız qolla qalib gəldiyi “Braqa” ilə bu dəfə Portuqaliyada üz-üzə gələcək. Hazırda yaxşı formada olan və Avroliqanı qazanmağı hədəfləyən “sarı-lacivərdlilər” minimal üstünlüyü Braqada davam etdirməlidilər.
İlk oyunlara əsasən Dortmund “Borussiya”sını 1/4 finalda hesab etmək olar. Çünki bütün diqqətini Premyer Liqa çempionluğuna yönəldən “Tottenhem”in Almaniyadakı böyükhesablı məğlubiyyətin əvəzini çıxması inandırıcı görünmür.
“Liverpul”, Donetsk “Şaxtyor”u və “Vilyareal” da növbəti mərhələnin bir addımlığındadılar. İngiltərə derbisində “Mançester Yunayted”in qapısından 2 cavabsız top keçirən “qırmızılar” Premyer Liqadakı uğursuzluğu Avropa Liqasında sığortalamaq niyyətindədilər. “Şaxtyor”u mübarizədən kənarlaşdırmaq üçün isə “Anderlext”ə Belçikada minimum 2 top fərqli qələbə lazımdı.
O ki qaldı “Vilyareal”a, İspaniyanın bu turnirdəki 4 təmsilçisindən biri olan Marselinyonun yetirmələri “Bayer”i doğma meydanında qol buraxmadan məğlub etmişdi. Aparıcı futbolçuların əksərinin xidmətindən məhrum qalan leverkuzenlilərin evdə revanşı almaları çətin olacaq.
Bu mərhələnin İspaniya derbisi sayılan “Valensiya” – “Atletik”, həmçinin Latsio” – “Sparta” matçı və Avroliqanın son qalibi “Sevilya”nın “Bazel”lə görüşü də böyük gərginlik vəd edir.
Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
17 mart
22:00. “Bayer” (Almaniya) – “Vilyareal” (İspaniya)
Hakimlər: Uilyam Kollum, Damyen MakQreyt, Fransis Konnor, Duqlas Ross
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hamısı Şotlandiya)
Leverkuzen, “BayArena” stadionu
İlk oyun 0:2
22:00. “Latsio” (İtaliya) – “Sparta” (Çexiya)
Hakimlər: Ruddi Buke, Kiril Qrinqor, Jillom Debar, Loren Stiyn
Əlavə köməkçi hakimlər: Toni Kapron, Nikolya Raynvill (hamısı Fransa)
Roma, Olimpiya stadionu
İlk oyun 1:1
22:00. “Valensiya” (İspaniya) – “Atletik” (İspaniya)
Hakimlər: Daniele Orsato, Canluka Kariolato, Lorenzo Manqanelli, Rikkardo Di Fiore
Əlavə köməkçi hakimlər: Paolo Valeri, Daniele Doveri (hamısı İtaliya)
Valensiya, “Mestalya” stadionu
İlk oyun 0:1
00:05. “Anderlext” (Belçika) – “Şaxtyor” (Ukrayna)
Hakimlər: Antonio Lahoz, Pau Devis, Roberto del Palomar, Raul Kabanero
Əlavə köməkçi hakimlər: Xesus Manzano, Karlos Qomes (hamısı İspaniya)
Brüssel, “Konstant Vanden Stok” stadionu
İlk oyun 1:3
00:05. “Braqa” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə)
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Potaki
Əlavə köməkçi hakimlər: Mario Strahonya, Qoran Qabrilo (hamısı Xorvatiya)
Braqa, “Munisipial” stadionu
İlk oyun 0:1
00:05. “Mançester Yunayted” (İngiltərə) – “Liverpul” (İngiltərə)
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Nemanya Petroviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Dzokiç (hamısı Serbiya)
Mançester, “Old Trafford” stadionu
İlk oyun 0:2
00:05. “Sevilya” (İspaniya) – “Bazel” (İsveçrə)
Hakimlər: Dəniz Aytəkin, Quido Kleve, Mike Pikel, Rafael Foltin
Əlavə köməkçi hakimlər: Tobias Velz, Benjamin Brand (hamısı Almaniya)
Sevilya, “Ramon Sançes” stadionu
İlk oyun 0:0
00:05. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
Hakimlər: Nikola Ritsoli, Elenito Di Liberator, Mauro Tonolini, Andrea Padovan
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (hamısı İtaliya)
London, “Vayt Hart Leyn” stadionu
İlk oyun 0:3