[b]İngiltərədə zədələndi, Azərbaycana qarşı oynamayacaq[/b]
19.08.2017 - 14:32
[b]İngiltərədə zədələndi, Azərbaycana qarşı oynamayacaq[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Norveç yığması itki ilə üzləşib. Apasport.az sporten.com saytına istinadən xəbər verir ki, Skandinaviya təmsilçisinin üzvü Markus Henriksen sıradan çıxıb.

 

25 yaşlı yarımmüdafiəçi klubu “Hall Siti”nin heyətində “Vulverhempton”la görüşdə zədələnib. Tibbi müayinədən keçən futbolçunun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Bu isə o deməkdi ki, Henriksen sentyabrın 1-də Azərbaycan, 3 gün sonra isə Almaniya ilə keçiriləcək oyunlarda iştirak etməyəcək.

 

Qeyd edək ki, Henriksen 2010-cu ildən Norveç yığmasının şərəfini qoruyur. O, millinin heyətində 30 oyun keçirib və 2 qol vurub.