“Sanderlend”in futbolçusu Dankan Uotmor nümunəvi hərəkətlə gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi dənizdə xilaskar rolunu oynayıb.
Belə ki, yığma komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən Barbadosda dincəlməklə yararlanan ingiltərəli oyunçu dənizdə katamarandan yıxılan 3 nəfəri ölümdən qurtarıb. O, biri 80 yaşında olmaqla, üzməyi bacarmayan 3 insanı boğulmaqdan xilas edib.
Qeyd edək ki, 2013-cü ildən “Sanderlend”də çıxış edən İngiltərənin gənclər millsinin sabiq üzvü Dankan Uotmor “Mançester Yunayted”in yetirməsidi.