İspaniyada 2015-ci ilin ən yaxşı idmançısının adına aydınlıq gəlib. Apasport.az-ın “marca.com” saytına istinadən məlumatına görə, bu mükafata “Barselona”nın kapitanı Andres İnyesta layiq görülüb.
Ulduz futbolçu təltifetmə mərasimində ona səs verənlərə minnətdarlığını bildirib: “Bu mükafatı mənə inananlara həsr edirəm. Bu, ötən ili yaxşı keçirməyimdən xəbər verir. Möhtəşəm mövsüm keçirdik. Qazandığımız nailiyyətləri bu mövsüm yenidən təkrarlamaq istəyirik”.
Qeyd edək ki, İnyesta ötən il “Barselona”nın heyətində İspaniya La Liqasının, Kral Kubokunun, Çempionlar Liqasının, Avropa Superkubokunun və klublararası dünya kubokunun qalibi olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"