[b]İqnasio Errera “Neftçi”yə keçidindən danışdı[/b]
04.01.2017 - 21:38
[b]İqnasio Errera “Neftçi”yə keçidindən danışdı[/b]

“İrtış” məni saxlamaq istəmədi. Yeni mövsüm üçün heç bir təklif etmədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi İqnasio Errera deyib.

 

Bir neşə gün öncə Qazaxıstan klubundan ayrılaraq “ağ-qaralar”la anlaşan çilili futbolçu qazax mətbuatına keçidi ilə bağlı açıqlama verib.

 

O, “Neftçi”nin sərfəli təklif irəli sürdüyünü deyib: “Neftçi” yaxşı şərtlərlə anlaşma təklif etdi, mən də razılaşdım. Yanvarın 8-də Antalyada yeni komandama qoşulacam”.

 

Naço ləqəbli oyunçu Qazaxıstan çempionatında çıxış edən digər çilililər haqqında suala da cavab verib: “Düşünürəm ki, Qerson Asevedo komandadan gedəcək. Nikolas Kanales və Matias Rubio haqqında isə heç nə deyə bilmərəm”.