AFFA İcraiyyə Komitəsinin heyətində dəyişiklik ediləcək. Apasport.az saytı xəbər verir ki, assosiasiyanın martda baş tutacaq Konfransında iki şəxsin üzvlükdən çıxarılması gözlənilir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, həmçinin “İnter” klubunun keçmiş sahibi Cahangir Hacıyevin üzvlükdən çıxarılacağı, demək olar ki, dəqiqdi.
Ancaq ixtisar bununla bitməyəcək. Əldə etdiyimiz məlumata görə, Regional Futbol Federasiyalarının (RFF) prezidenti İsgəndər Cavadov da AFFA İcraiyyə Komitəsinin üzvlüyündən kənarlaşdırılacaq.
Həm bu məsələ, həm də son vaxtlar baş verən hadisələrlə bağlı Cavadovla əlaqə saxlasaq da, o, danışmaqdan boyun qaçırdı. Qısaca “müsahibə vermirəm, kimsə məni narahat etməsin” deyən Cavadov telefonu üzümüzə bağladı.
Qeyd edək ki, İsgəndər Cavadov həbsdə olan Mircəlal Nəsrullayev tərəfindən bir müddət əvvəl MTN-ə işləməklə ittiham edilib.
Xatırladaq ki, hazırda AFFA İcraiyyə Komitəsinin 11 üzvü var.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb