[b]İspan derbisində ingilis hakim[/b]
10.05.2016 - 22:57
Çempionlar Liqasında 2015/16 mövsümünün "Real" və "Atletiko" arasında baş tutacaq finalın hakimləri müəyyənləşib. Apasport.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, qarşılaşma ingilis hakimlər briqadası əsas söz sahibi olacaqlar.
Oyunun baş hakimi Mark Klattenburq təyin edilib. Ona Simon Bek, Cek Kollin kömək edəcəklər. Qarşılaşmanın əlavə köməkçi hakimləri isə Entoni Teylor, Andre Marriner olacaqlar. Dördüncü hakim funksiyasını isə macarıstanlı Viktor Kassay yerinə yetirəcək.
Qeyd edək ki, final oyunu mayın 28-də, Milanın "San-Siro" stadionunda keçiriləcək.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0