[b]İspan hücumçu A seriyasına keçir?[/b]
06.08.2017 - 16:17
PSJ-dən ayrılacağı gözlənilən Xese Rodriqes karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “calciomercato.com” saytı xəbər yayıb.
Xəbərdə ispan futbolçunun xidmətində A seriyası təmsilçisi “Fiorentina”nın maraqlı olduğu qeyd edilib. “Bənövşəyilər” 24 yaşlı hücumçunun transferi üçün 10 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, PSJ-yə ötən il “Real”dan transfer edilən Xese, son mövsümün ikinci yarısını icarə əsasında La Liqa təmsilçisi “Las Palmas”da keçirib. O, çempionatın ikinci dövrəsində şans qazandığı 16 oyunda 3 qola imza atıb.
0
0