[b]İspaniya Kral Kubokunda erkən final[/b]
27.01.2017 - 16:25
[b]İspaniya Kral Kubokunda erkən final[/b]

İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bununla final yolunda son cütlüklər müəyyənləşib.

 

Azarkeşlər finalda iki böyük klubun qarşılaşmasını izləyə bilməyəcəklər. Çünki kuboku qazanmağa ən iddialı komandalar olan “Atletiko” ilə “Barselona” yarımfinalda üz-üzə gələcəklər. Digər cütlükdə isə “Alaves” 1/4 finalda “Real”ı mübarizədən kənarlaşdıran “Selta” ilə sınağa çıxacaq. İlk matçlar “Atletiko” və “Selta”nın meydanında baş tutacaq.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları fevralın 1-də və 8-də keçiriləcək.