[b]İstanbul klubu milli üzvlərini transfer etdi[/b]
13.07.2017 - 14:10
[b]İstanbul klubu milli üzvlərini transfer etdi[/b]

Transfer çalışmalarını davam etdirən “Başakşəhər” daha iki futbolçunu heyətinə cəlb edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisi bu dəfə hücum xəttini gücləndirib.

 

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “Başakşəhər” Orelyen Şedju, Tunay Torun, Elyero Elia və Qael Klişinin ardından “Beşiktaş”ın hücumçusu Gökhan İnlər və “Hannover”in ön xətt oyunçusu Mevlüt Erdinçlə anlaşıb.

 

“Beşiktaş”la yollarını ayıran İsveçrə millisinin üzvü İnlər yeni komandası ilə 3 illik sazişə qol çəkəcək. Həmçinin Türkiyə yığmasına çağırılan Erdinç də yeni komandası ilə 2020-ci ilə qədər müqavilə bağlayacaq.