[b]İtaliya – Almaniya matçında videotəkrar sınaqdan keçiriləcək[/b]
15.11.2016 - 16:30
İtaliya və Almaniya yığmaları arasında bu gün keçiriləcək yoldaşlıq matçında videotəkrardan istifadə ediləcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Milandakı qarşılaşmada bu üsul sınaqdan keçiriləcək.
Oyunun əsas məqamları – qol, penalti, qırmızı vərəqə və hakimin düzgün qiymətləndirmədiyi epizodların təkrarı iki videoassistent tərəfindən izləniləcək.
Baş hakimin özü isə matçın mübahisəli məqamlarının təkrarına baxa bilməyəcək.
Qeyd edək ki, İtaliya – Almaniya matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.
0
0