[b]Azərbaycan - İtaliya matçının hakimləri açıqlandı[/b]
02.02.2016 - 13:51
[b]Azərbaycan - İtaliya matçının hakimləri açıqlandı[/b]

Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatında İtaliya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 3-də baş tutacaq qarşılaşmaya İngiltərə və Ukrayna referisi təyinat alıb.

 

“Belqrad Arena”da oynanılacaq C qrupunun ilk görüşünün baş hakimi ingilis Mark Birkett olacaq. Ona ukraynalı həmkarı Oleq İvanov kömək edəcək.

 

İtaliya millisinin həmin görüş üçün heyəti də açıqlanıb. Baş məşqçi Roberto Menikelli qitə birinciliyinə 14 futzalçı aparmaq qərarına gəlib. O, Azərbaycan və fevralın 7-də Çexiya ilə keçiriləcək qrupun digər qarşılaşmasında bu oyunçuların xidmətindən yararlanacaq:

Qapıçılar: 1. Stefano Mammarella, 12. Mikele Miarelli

Sahə oyunçuları: 2. Marko Erkolessi, 3. Qabriel Lima, 4. Sergio Romano, 5. Luka Lekkiero, 6. Humberto Honorio, 7. Massimo de Luka, 8. Alessandro Patias, 9. Rodolfo Fortino, 10. Aleks Merlim, 11. Mauro Kanal, 13. Daniel Ciasson, 15. Murilyo Ferreyra Yuliao.