[b]İtaliya klublarının Jiru mübarizəsi[/b]
11.10.2017 - 00:33
[b]İtaliya klublarının Jiru mübarizəsi[/b]

“Arsenal”ın hücumçusu Olivye Jiru İtaliyaya köçə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Fransa yığmasının üzvü karyerasını A seriyasında davam etdirməyə yaxındı.

 

Belə ki, Jirunun xidmətində “Yuventus” maraqlıdı. Ancaq "qoca sinyora" bu keçidi həll etmək üçün rəqabətdən qalib ayrılmalıdı. Belə ki, təcrübəli forvardı İtaliyanın digər klubu - “İnter” də heyətinə qatmaqda maraqlıdı.

 

Qeyd edək ki, 2012-ci ildən londonluların formasını geyinən Jiru "Arsenal"ın heyətində ümumilikdə 237 oyunda 100 qola imza atıb.