[b]İtaliya klubu baş məşqçisi ilə vidalaşdı[/b]
24.01.2017 - 18:15
“Palermo” klubu baş məşqçisiz qalıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, İtaliya təmsilçisi Eudjenio Korini ilə ayrılıb.
Bəzi mənbələrdə onun klub prezidenti Maurisio Dzamparini tərəfindən qovulduğu bildirilir. Lakin Korininin öz istəyi ilə vəzifəsindən getdiyi də istisna edilmir.
Adıçəkilən çalışdırıcı “Palermo”nun “sükanı arxası”na ötən ilin noyabrında keçmişdi. Onun fəaliyyəti təxminən 2 ay çəkib. Yeni baş məşqçinin kim olacağı hələ açıqlanmır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0