“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Fiorentina” aparıcı futbolçularından birini itirib. Apasport.az saytının məlumatına görə, hücumçu Cüzeppe Rossi “bənövşəyilər”lə yollarını ayırıb.
O, karyerasını yenidən İspaniyada davam etdirəcək. 29 yaşlı forvard “Selta” ilə razılıq əldə edib. Hücumçunun yaxın günlərdə tibbi müayinədən keçməsi və yeni komandası müqavilə imzalaması gözlənilir.
İtaliya millisinin üzvü 2007-2013-cü illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.
Qeyd edək ki, "Fiorentina" qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 29-da "Qarabağ"ı qəbul edəcək.