[b]İtaliya millisinin üzvü “Qarabağ”la oyunu buraxacaq[/b]
20.09.2016 - 17:40
[b]İtaliya millisinin üzvü “Qarabağ”la oyunu buraxacaq[/b]

“Fiorentina” ciddi itki ilə üzləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, florensiyalılar aparıcı müdafiəçi Davide Astorinin xidmətindən məhrum qalıblar.

 

A seriyasının IV turu çərçivəsində “Roma” (1:0) ilə qarşılaşmanı 90 dəqiqə əvəz edilmədən keçirən 29 yaşlı futbolçunun tibbi müayinədən sonra əzələsində problem aşkarlanıb. Həkimlər İtaliya millisinin üzvünün bir müddət dincələcəyini açıqlayıblar. Astorinin növbəti iki turda - “Udineze” (21 sentyabr) və “Milan” (25 sentyabr), həmçinin Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la sentyabrın 29-dakı ev qarşılaşmasını buraxacağı dəqiqdi.

 

“Roma” ilə görüşdə başından xəsarət alan yarımmüdafiəçi Karlos Sançesin isə zədəsinin ciddi olmadığı və onun qarşıdakı matçlarda iştirak edəcəyi bildirilib.