“Qarabağ”ın uzun müddətdi danışıq apardığı italiyalı hücumçu Nikola Çitronun Azərbaycana köçmək ehtimalı azalıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı forvard karyerasını ölkəsində davam etdirməyə çox yaxındı.
Belə ki, onun B seriyasında çıxış edən “Avellino” klubu ilə anlaşması gözlənilir. “Trapani” C seriyasına yuvarlandıqdan sonra ordan ayrılaraq azad agent statusu daşıyan Çitro “Qarabağ” və “Avellino” ilə yanaşı, “Benevento”, “Bari” və “Salernitana”nın da maraq dairəsindədi.
Ancaq italiyalı həmkarlarımız heyətində ciddi dəyişikliklərə əl atan “Avellino”nun bu keçidi həll etmək üzrə olduğunu yazıblar. Məlumatda “Avellino”nun bu həftə yeni transferlərinin adlarını açıqlayacağı bildirilib və onlardan birinin Çitro olacağı istisna edilməyib.