[b]Joze Mourinyo: Onlar bu dəfə ehtiyatda qalacaqlar[/b]
13.09.2016 - 17:15
[b]Joze Mourinyo: Onlar bu dəfə ehtiyatda qalacaqlar[/b]

“Feyenord”la oyunda heyətdə bəzi dəyişikliklər olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo deyib.

 

“Mankunianlar”ın rəsmi saytına açıqlama verən portuqaliyalı çalışdırıcı Avroliqanın qrup mərhələsi çərçivəsində “Feyenord”la keçirəcəkləri oyuna toxunub. O bildirib ki, “Mançester Siti” ilə çempionat görüşündə (1:2) meydana çıxan bəzi futbolçuların adları bu dəfə “11-liy”ə daxil edilməyəcək: “Həmin görüşdə oyunu xoşuma gəlməyən futbolçular bu dəfə ehtiyatda qalacaq. Bu, cəzadımı? Düşünmürəm. Sadəcə, kimin nəyə qadir olduğunu bilmək istəyirəm”.

 

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Feyenord” – “Mançester Yunayted” qarşılaşması saat 21:00-da start götürəcək.