Kamerun millisinin baş məşqçisi Huqo Broos karyerasını Azərbaycanda davam etdirmək imkanına malik olub. Apasport.az saytının məlumatına görə, bunu 64 yaşlı belçikalı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, bu ildən “sükanı arxasına” keçdiyi Afrika təmsilçisinə yollandığı vaxt başqa variantları da olub: “Polşanın “Visla” klubu ilə danışıqlar aparırdıq. Azərbaycan, Hindistan, Əlcəzairdə çalışmaq variantlarım da var idi. Bu ölkələrdən təklif almışdım. Kamerun da isə daha çətin idi. Çünki onlar yığmanın baş məşqçisi postuna 158 namizəd arasında seçim edirdi. Amma sonda Roje Lemyer və Alan Jiress kimi tanınmış simalarla mübarizədə mənə üstünlük verildi”.
Karyerası ərzində vətənində “Molenbek”, “Brügge”, “Muskron”, “Anderelxt”, “Genk”, “Zulte-Varegem”, Yunanıstanda “Panserraikos”, Türkiyədə “Trabzonspor” klublarını çalışdırmış Broos BƏƏ-də “Əl-Cəzirə”, Əlcəzairdə “Kabiliyə” və “Huseyn Dey”də işləyib. O, Azərbaycanda təklif aldığı komandanı açıqlamasa da, belçikalının işsiz olduğu ötən ilin sonlarında təmsilçilərimizdən “Neftçi” əcnəbi məşqçi axtarışında idi.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?