[b]Kamran Ağayev və Emin Mahmudov oynadı, “Boavişta” uduzdu[/b]
06.12.2016 - 09:58
[b]Kamran Ağayev və Emin Mahmudov oynadı, “Boavişta” uduzdu[/b]

Azərbaycanlı futbolçular Kamran Ağayev və Emin Mahmudovun komandası “Boavişta” Portuqaliya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, XII tur çərçivəsində “Pasuş de Ferreyra”nın qonağı olan komanda məğlubiyyətlə üzləşib.

 

Belə ki, qonaqlar səfərdə 1:2 hesabı ilə uduzublar. İlk hissədə qapısından 2 top buraxan “Boavişta” fasilədən sonra hesab arasındakı fərqi azaltsa da, məğlubiyyətdən xilas olmayıb. 

 

Kamran Ağayev start heyətində yer alıb və 90 dəqiqə oynayıb. “11-lik”dən kənarda qalan Emin Mahmudov isə 57-ci dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, 12 turdan sonra 13 xalı olan “Boavişta” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.