[b]Kamran Ağayev və Emin Mahmudova təcrübəsiz məşqçi[/b]
11.10.2016 - 16:29
[b]Kamran Ağayev və Emin Mahmudova təcrübəsiz məşqçi[/b]

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, onların formasını geyindiyi “Boavişta” klubu bu dəfə yerli mütəxəssislə anlaşıb.

 

Uğursuz çıxışdan sonra boliviyalı Ervin Sançeslə yollarını ayıran “Boavişta” Migel Lealla ortaq məxrəcə gəlib. Son klubu “Moreyrense” olan yeni çalışdırıcı mövsümün sonuna qədər “Boavişta”nın “sükanı arxası”nda olacaq.

 

Qeyd edək ki, 1999-cu ildən məşqçiliklə məşğul olan 51 yaşlı Migel Leal 2012-ci ildən baş məşqçi kimi fəaliyyət göstərir. Onun baş məşqçi kimi yüksək liqa təcrübəsi elə də zəngin deyil.