[b]Kamran Ağayevin komandası "qara zolaq"da[/b]
20.08.2017 - 17:40
Çexiya çempionatında IV turun qarşılaşmalarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” meydana ilk oyun günündə çıxıb.
Evdə Libereç "Slovan"ını qəbul edən komanda yenə qələbə qazana bilməyib. İlk 3 turda cəmi 1 xal toplayan “Mlada Boleslav” 0:3 hesabı ilə məğlub olub.
Ağayevin adı yenə matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Mlada Boleslav” turnir cədvəlində 16 komanda arasında 16-cıdı.
0
0