[b]Kamran Ağayevli “Karşıyaka” “zirzəmi”yə doğru[/b]
28.11.2015 - 10:03
[b]Kamran Ağayevli “Karşıyaka” “zirzəmi”yə doğru[/b]

Azərbaycan yığmasının əsas qapıçısı Kamran Ağayev Türkiyə çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, onun formasını geyindiyi “Karşıyaka” PTT I liqanın XIII turunda “Dənizlispor”u qəbul edib.

 

Ağayevin çərçivədə durduğu matçda “Karşıyaka” növbəti məğlubiyyətini alıb. Rəqibin heyətində Rəcəb Niyaz (24-cü dəqiqə), Şenol Akın (32) və Çvetan Genkov (65) qapıçımızı məyus edib. Ev sahiblərinin təsəlli qoluna isə 85-ci dəqiqədə sabiq “İnter”li Aleksandr Amisulaşvili imza atıb – 1:3.

 

Bu məğlubiyyətdən sonra “Karşiyaka” 15-ci pillədə qalsa da, “Dənizlispor” onunla xalları bərabərləşdirib. “Şanliurfaspor” bu turda uduzmasa, Ağayevin komandası “təhlükəli zona”ya yuvarlanacaq.

 

Qeyd edək ki, 13 turdan sonra hərəyə 20 topla “Karşıyaka” və “Dənizlispor” ən çox qol buraxan komandadı.