[b]Kapitan “gəmi”ni erkən tərk etdi[/b]
11.07.2017 - 21:39
[b]Kapitan “gəmi”ni erkən tərk etdi[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Samtredia” ilə matça start heyətində başlayan “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov üçün oyun uğursuz başlayıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun heyətində yubiley – 60-cı oyununa çıxan kapitan “gəmi”ni erkən tərk etməli olub.

 

Görüşün 21-ci dəqiqəsində zədələnən təcrübəli futbolçu oyunu davam etdirə bilməyib. Yetirməsinin zədələndiyini görən baş məşqçi Qurban Qurbanov yeni transfer Yakub Jezniçakı isinmə hərəkətləri eləməyə yollayıb.

 

Rəşad isə zədədən sonra cəmi 8 dəqiqə dözə bilib. Qarşılaşmanın 29-cu dəqiqəsində polşalı futbolçu Sadıqovun yerinə oyuna daxil olub.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda “Qarabağ” 2:0 hesabı ilə öndədir.