DÇ-2018-in seçmə mərhələsində milli komandamız San Marino ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, matça start heyətində başlayan komandamızın kapitanı Rəşad Sadıqov üçün bu qarşılaşma yubileylə əlamətdardı.
Belə ki, kapitan 110-cu dəfə ölkənin əsas yığmasının formasında meydana çıxıb. Milli komandanın heyətində ən çox oyun keçirən futbolçu olan Sadıqov göstəricisini bir az da yaxşılaşdırıb.
Azərbaycan yığmasının heyətində ən çox oyun keçirən oyunçuların ilk üçlüyündə isə Aslan Kərimov (80 matç) və Mahir Şükürov (76) qərarlaşıb.
Hazırda milli karyerasını davam etdirən futbolçulardan ikinci ən çox oyun keçirən Kamran Ağayev (66), üçüncü isə Rahid Əmirquliyevdir (56).
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda millimiz 2:0 hesabı ilə qalib gəlir.