[b]"Qəbələ"yə Dododan şad xəbər[/b]
07.04.2016 - 00:01
[b]"Qəbələ"yə Dododan şad xəbər[/b]

“Qəbələ” Topaz Premyer Liqasının XXIX turunun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” “Sumqayıt”la səfərdə keçiriləcək oyuna Bakıda hazırlaşır.

 

Ötən turun “İnter”lə görüşünün ertəsi gün məşq edib, ardından bir günlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib. Bu gün baş tutan məşqdə “Qəbələ” tam heyətlə hazırlıq keçib.

 

Günün ikinci yarısına təsadüf edən hazırlıqda bir müddət zədəli olan Dodo da komanda ilə birlikdə çalışıb. Toplu məşqə üstünlük verən Roman Qriqorçukun yetirmələri sabah da Bakıda hazırlıq keçəcək.

 

Aprelin 8-də baş tutacaq oyunöncəsi son məşq isə Sumqayıtda gerçəkləşəcək.
 

Xatırladaq ki, aprelin 9-da keçiriləcək “Sumqayıt” – “”Qəbələ” matçı saat 14:00-da start götürəcək.

 

Qarşılaşmanı Ömər Paşayev idarə edəcək.

 

(klub saytı)