[b]Kapitandan başqa hamı yerindədi - FOTOSESSİYA[/b]
01.04.2016 - 20:38
[b]Kapitandan başqa hamı yerindədi - FOTOSESSİYA[/b]

Topaz Premyer Liqasının son turunda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olan “İnter” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, "bankirlər" XXVIII turda qarşılaşacaqları "Qəbələ" ilə oyun üçün məşq edir.

 

Zaur Svanadzenin yetirmələri bu gün "İnter Arena"da növbəti hazırlığını keçib. Paytaxt klubunun heyətində kapitan Nizami Hacıyevdən başqa əskik yoxdu. Yarımmüdafiəçi zədəsini yenilədiyi üçün kollektivlə birlikdə yer almır.

 

Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunu aprelin 3-də Qəbələ şəhər stadionunda baş tutacaq. Matça saat 19:00-da start veriləcək.

0