“Qəbələ” Topaz Premyer Liqasının XXX turunun “Rəvan”la oyununun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, ötən turun “Sumqayıt”la aprelin 9-da səfərdə keçirilən qarşılaşmasının ertəsi gün məşq edib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.
Dünən komanda üzvləri məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışma ilə davam edib. “Qəbələ”nin məşqində komandanın kapitanı, zədəli Dodo istisna olmaqla bütün futbolçular iştirak edib.
Roman Qriqorçukun yetirmələri növbəti məşqini sabah, günün ikinci yarısında gerçəkləşdirəcək.
Xatırladaq ki, “Qəbələ” – “Rəvan” oyunu aprelin 15-də keçiriləcək. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq.
(klub saytı)
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"