[b]Karlo Ançelotti Çempionlar Liqasında 7 klubu favorit sayır[/b]
03.09.2016 - 15:17
[b]Karlo Ançelotti Çempionlar Liqasında 7 klubu favorit sayır[/b]

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 2016/2017 mövsümü üçün favoritlərinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 57 yaşlı italiyalı mütəxəssis çempionluq yarışının 7 klub arasında gedəcəyini bildirib.

 

Ançelottinin sözlərinə görə, “Bavariya”, həmçinin 3 İspaniya təmsilçisi – “Real”, “Barselona” və “Atletiko” Çempionlar Liqasının qalibi olmaq gücündədi. O, fovaritlərin siyahısına “Yuventus”, “Mançester Siti” və PSJ-nin də adını əlavə edib.

 

Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”, PSV və “Rostov”a rəqibdi.