Çempionlar Liqasında ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qitənin ən nüfuzlu klub turnirinin “100-lər” klubunu müəyyənləşdirib.
Söhbət turnirdə 100 və daha çox matç keçirənlərdən gedir. Belə oyunçular siyahısında 29 futbolçu yer alıb.
5 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 6 hücumçunun qərarlaşdığı siyahıda Azərbaycan təmsil olunmayıb. Ümumiyyətlə, UEFA hesablamasına əsasən heç bir oyunçumuz burada debüt etməyib. Çünki cədvəldə yarışın əsas mərhələləri nəzərə alınıb. Klublarımız isə heç vaxt qrupa qədər irəliləməyib.
Əgər təsnifat mərhələləri sayılsaydı, Azərbaycanın ən yaxşı nümayəndəsi Mahmud Qurbanov olardı. O, Çempionlar Liqasında hamıdan çox – 21 oyun keçirib. Amma bu cədvələ düşməyən yarımmüdafiəçimiz təsnifatda 100 belə matça çıxsaydı da, “ofsayd”da qalacaqdı.
Çempionlar Liqasının “100-lər” klubu
1. Iker Kasilyas - 162
2. Xavi – 152
3. Raul – 142
4. Rayan Giqqz - 141
5. Kriştianu Ronaldo – 133
6. Klarens Zeedorf – 125
7. Pol Skoulz – 124
8. Roberto Karlos – 120
9. Zlatan İbrahimoviç – 119
10. Andres İnyesta – 118
11-12. Xabi Alonso - 115
Karles Puyol - 115
13. Tyerri Anri - 112
14-15. Petr Çex – 111
Lionel Messi – 111
16-19. Filip Lam – 109
Paolo Maldini – 109
Qari Nevill – 109
Com Terri – 109
20-22. Eşli Koul – 108
Partis Evra – 108
Andrea Pirlo – 108
23. Devid Bekhem – 107
24. Viktor Valdes – 106
25. Frank Lempard – 105
26-27. Luiş Fiqu – 103
Oliver Kan – 103
28. Canluici Buffon – 101
29. Andrey Şevçenko - 100
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı