[b]Kasilyas harda oynayacaq?[/b]
11.06.2017 - 19:09
İspaniya millisinin və “Portu”nun qapıçısı İker Kasilyasın növbəti mövsümdə hansı komandada çıxış edəcəyi haqqında xəbərlər yayılır. Apasport.az saytının məlumatına görə, “çərçivə qoruyucusu” İtaliya A seriyasında çıxış edə bilər.
Bu barədə İtaliya mətbuatı xəbər yayıb. “Portu” ilə müqavilə müddəti iyulda bitəcək 36 yaşlı qolkiperin klubla yeni anlaşma imzalamayacağı və Pepe Reyna ilə yollarını ayırmağa hazırlaşan “Napoli” ilə anlaşacağı qeyd edilib.
Qeyd edək ki, bir müddət öncə İspaniya mətbuatında Kasilyasın növbəti mövsümdən “Sevilya”da çıxış edəcəyi barədə xəbər yayılmışdı.
0
0