Kataloniyada keçirilən müstəqillik referendumu İspaniya futboluna böyük zərər verə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Marka” nəşri xəbər yayıb.
Bildirilib ki, proseslərin nəticəsi hətta İspaniya millisinin gələn il Rusiyada keçiriləcək dünya çempionatından kənarda qalması ilə nəticələnə bilər.
Əgər Kataloniya İspaniyadan ayrılsa, bu bölgəni təmsil edən “Barselona” klubu hökumətin qərarı ilə La Liqadan uzaqlaşdırılacaq. Belə olacağı təqdirdə isə FİFA bunu hökumətin futbola müdaxiləsi kimi qəbul edə və İspaniya yığmasını Rusiyada təşkil ediləcək mundiala buraxmaya bilər.
Qeyd edək ki, Kataloniya ərazisinin İspaniyadan ayrılmasıyla bağlı referendum bu gün keçiriləcək. Rəsmi Madrid dəfələrlə bu referendumun nəticələrini tanımayacağını bəyan edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”