[b]Əsgər yalanı[/b]
30.01.2016 - 20:34
[b]Əsgər yalanı[/b]

Kaue da Silva “Neftçi”dən ayrılıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

“Ağ-qaralar”ın rəsmi feysbuk hesabında yer alan xəbərdə bildirilib ki, futbolçu ilə qarşılıq razılaşma əsasında yollar ayrılıb:

 

“Neftçi”nin futbolçusu Kaue da Silva klub rəhbərliyinə müraciət edərək ona başqa klubdan təklif gəldiyini bildirmişdi. Klub rəhbərliyi öz növbəsində yarımmüdafiəçinin digər kluba keçməsi ilə bağlı müraciətini müsbət cavablayıb. Nəticədə braziliyalı futbolçu ilə müqaviləyə səmərəli şərtlərlə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Bu gün isə Kaue klub rəhbərliyi və komanda üzvləri ilə görüşüb. Futbolçuya “Neftçi”də oynadığı müddətdə komandaya göstərdiyi xidmətinə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb”.

 

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunundan sonra bakılıların baş məşqçisi Əsgər Abdullayev Kauenin klubdan getməsi xəbərlərini təkzib etmişdi. Çalışdırıcı braziliyalı futbolçunun komandada qaldığını bildirmişdi.