[b]Kaxaber Sxadadzenin yeni iş yeri bəlli oldu[/b]
05.04.2016 - 11:43
Bakı “İnter”inin sabiq baş məşqçisi Kaxaber Sxadadzenin yeni iş yeri müəyyənləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstan yığması ilə yolları ayrılan təcrübəli çalışdırıcı fəaliyyətini Qazaxıstanda davam etdirəcək.
Belə ki, Sxadadze “Kayrat”la razılığa gəlib. Tərəflər arasında bu günlərdə rəsmi müqavilə imzalanacaq.
48 yaşlı məşqçi Almatıya yollanaraq, yeni klubunun bazasına baş çəkib.
Qeyd edək ki, 2014-cü ilin noyabr ayından bu ilin fevral ayına qədər Gürcüstan yığmasını çalışdırmış Sxadadze 2009-2014-cü illər ərzində “İnter”ə rəhbərlik edib.
0
0