[b]Keçmiş “Qəbələ”li BƏƏ yolunda[/b]
06.01.2017 - 20:53
[b]Keçmiş “Qəbələ”li BƏƏ yolunda[/b]

Qırğız futbolçu Davronjon Erqaşev karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Qazaxıstanın “sports.kz” portalı xəbər yayıb.

 

Hazırda “Taraz”ın şərəfini qoruyan Qırğızıstan millisinin oyunçusu ilə BƏƏ-nin bir klubu maraqlansa da, onun adını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

 

Qeyd edək ki, Erqaşev ölkəsinin “Xuncad”, “Reqar-TadAZ”, “İstiklol” klubları ilə yanaşı bir müddət Azərbaycanda da çıxış edib. O, 2013/14 mövsümünün ikinci yarısında “Qəbələ”nin formasını geyinib.