“Olimpik” rəhbərliyinə təşəkkür edirik ki, kompromis tapdıq. Həm klub prezidenti Vladislav Qelzin, həm və baş məşqçi Roman Sanjar Kirilin komandadan normal ayrılmasına imkan yaratdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı menecer Aleksandr Pankov deyib.
“Neftçi”yə keçmək üzrə olan Kirill Petrovun maraqlarını qoruyan menecer Ukrayna mətbuatına açıqlamasında futbolçunun seçimini dəqiqləşdirmədiyini bildirib: “Yaxın iki gündə müqavilə imzalanacaq. Hazırda 3 real variant var. Onlardan biri Asiyada AFK kubokunda mübarizə aparır. Azərbaycandakı komanda isə öz ölkəsində böyük ad və imicə malikdi. Üçüncü variant isə Yunanıstanın yüksək liqasındandı. Hər üç klubla danışıqlar aparılıb. Yaxın günlər ərzində seçimi ediləcək. Son sözü futbolçunun özü deməlidi. Biz onun Ukraynada deyil, ölkə xaricində oynamasının tərəfdarıyıq. Hələ yayda Yunanıstana keçidi baş tuta bilərdi. Amma son anda keçid gerçəkləşmədi”.
Qeyd edək ki, Petrovun son klubu Donetsk “Olimpik”i olub.