[b]Kiyev “Dinamo”su Roman Qriqorçuka “elçi düşdü”[/b]
20.09.2016 - 14:14
[b]Kiyev “Dinamo”su Roman Qriqorçuka “elçi düşdü”[/b]

Kiyev “Dinamo”su yeni baş məşqçi axtarışına çıxıb. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, paytaxt təmsilçisi hazırkı çalışdırıcı Sergey Rebrovun işindən narazıdı.

 

Cari mövsümdə ilk 4 oyunun 3-də məğlub olan “Dinamo” rəhbərliyi bu səbəbdən sabiq futbolçu ilə yolları ayırmaq qərarına gəlib. Onun postuna namizəd kimi iki nəfər göstərilir. Bunlar “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və “Krasnodar”ın keçmiş çalışdırıcısı Oleq Kononovdu. Məşqçi axtarışı ilə birbaşa klubun sahibi İqor Surkis məşğuldu. 

 

Ukrayna mətbuatı Kononovla anlaşmanın daha real olduğunu yazıb. Onlar buna səbəb kimi, Qriqorçukun “Qəbələ” ilə birlikdə Avropa Liqasının qrup mərhələsində çıxışını göstəriblər. Kiyev təmsilçisi Qriqorçukla danışıqlara hələ start verməyib.

 

Qeyd edək ki, əvvəllər "Metallurq" və "Çernomorets" kimi klubları çalışdırmış Roman Qriqorçuk 2015-ci ilin əvvəlindən "Qəbələ"yə rəhbərlik edir.