Klublar Komitəsinin (KK) 2016-cı ildəki ilk iclasının tarixi və gündəliyindəki məsələlər məlum olub. Bu barədə məlumatı apasport.az saytına KK-nın yeni sədri Fikrət Hüseynov verib.
Komitə üzvləri sabah “Boulevard Hotel Baku” otelində bir araya gələcəklər. Sədr saat 11:00-da başlayacaq iclasa PFL prezidenti Ramin Musayevi də dəvət edəcəklərini söyləyib: “Gündəlikdə duran əsas məsələ klubların PFL-ə olan borcudu. Bu, hamımızı narahat edir. Qoyulan möhlət artıq başa çatmaq üzrədi. Ramin müəllimi də bu üzdən iclasımıza dəvət edəcəyik. Həmçinin teleyayımdan klublara ödənilməli olan vəsait də müzakirə olunacaq”.
Hüseynov “CBC Sport” televiziya kanalının yeni baş direktoru Volkan Üstün də toplantıya qatılacağını əlavə edib: “Onlar turun 2-3 yox, bütün oyunlarını canlı yayımlamaq istəyirlər. Bu üzdən klub rəsmiləri ilə görüşmək fikrindədilər. Klublar da bunun marağındadılar. Çox oyunun göstərilməsinin nə ziyanı olar ki?”
Komitə sədri aşağı yaş qrupları komandalarının oyunlarının keçirilmə saatını da müzakirə edəcəklərini bildirib: “AFFA nümayəndəsini də bu məqsədlə dəvət edəcəyik. Uşaqların oyunları saat 1-2-də başlayır. Məktəblə əlaqədar yeniyetmələr çətinlik çəkirlər. Bu səbəbdən rayondakı uşaqlar bura gələ, burdakılar da ora gedə bilmirlər. Bunun tənzimlənməsi yaxşı olardı”.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI