[b]Klublarımız avrokuboklarda ən çox kimə və neçə qol vurub?[/b]
12.07.2017 - 10:43
[b]Klublarımız avrokuboklarda ən çox kimə və neçə qol vurub?[/b]

Gürcüstanın “Samtredia” klubu antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a 0:5 hesabı ilə uduzan samtredialılar ən çox qol vurduğumuz komanda ünvanına yiyələnib.

 

Belə ki, Azərbaycan klubları bu rəqibə 11 top vurublar. Ötən il Avropa Liqasında “Qəbələ”nin 6 qoluna üzülən “Samtredia” Bakıda 1:5 uduzub, evdə 2:1 hesablı qələbəylə təsəlli tapmışdı. “Qarabağ” da ilk oyundakı 5 topla bir rəqibə vurulan qol sayını rekord həddə çatdırıb.

 

1994-cü ildən avrokuboklarda oynayan təmsilçilərimiz bunadək eyni rəqibə ən yaxşı halda 8 top vurmuşdu. Bu asan rəqib İslandiya “Hafnarfyordur”udu. “Neftçi” (2:0, 2:1) və “İnter” (2:1, 2:2) şimallılarla görüşlərdə hərəsi 4 dəfə fərqlənib.

 

Qeyd edək ki, ən çox qol vurduğumuz ölkə də Gürcüstandı. Klublarımız bu ölkədən olan rəqiblərinin qapısından 24 top keçirib.