[b]Klubu xal itirdi, ondan isə xəbər yoxdu[/b]
30.12.2016 - 00:33
[b]Klubu xal itirdi, ondan isə xəbər yoxdu[/b]

Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, H qrupunda yer alan Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – “Trabzonspor” da növbəti matçına çıxıb.

 

Sözügedən klub səfərdə "Kızılcabölükspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Ramilin adı bu dəfə də qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, dörd turdan sonra Trabzon təmsilçisi 5 xalla qrup üçüncüsüdür.