[b]Klubun bazasında bomba tapıldı[/b]
20.09.2017 - 15:13
[b]Klubun bazasında bomba tapıldı[/b]

Almaniya futbolunda növbəti təhlükə yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Ştutqart” klubunun məşq etdiyi bazada 50 kq ağırlığında bomba tapılıb.

 

Həmin bombanın İkinci Dünya Müharibəsi zamanı ABŞ təyyarələrindən biri tərəfindən şəhərə atıldığı bildirilib. Polis sözçüsü Katya Lampp mətbuata açıqlamasında xəbəri təsdiqləyib: “Bəli, bombanın çəkisi 50 kq-dı. Bu səbəbdən həm baza, həm də ətrafdakı evlər tamamilə boşaldılıb”.

 

Maraqlıdı ki, partayıcı maddə inşaat işləri zamanı aşkar edilib. Həmin vaxt isə “Ştutqart”ın əsas komandası səfər matçı üçün Mönhenqladbaxda olub. Sən demə, “Ştutqart” 36 ildi həmin bombanın yerləşdiyi meydanda məşq keçir.

 

Səlahiyyətli qurum maddəni zərərsizləşdirmək üçün başqa yerə aparıb.

0