[b]Konfederasiyalar Kuboku üçün 211 min 745 bilet satılıb[/b]
05.04.2017 - 17:30
Rusiyada keçiriləcək Konfederasiyalar Kuboku turniri üçün bilet satışlarının növbəti mərhələsinə yekun vurulub. Apasport.az xəbər verir ki, bu barədə məlumatı FİFA rəsmi saytı vasitəsilə yayıb.
Xəbərdə bildirilir ki, artıq 211 min 745 bilet satılıb. Yığma komandalar arasında təşkil ediləcək turnirə ən böyük maraq Çilidəndi. Belə ki, Cənubi Amerika ölkəsindən artıq 7111 azarkeş bilet sifariş verib. Bilet satışlarının final mərhələsi aprelin 19-da başlayacaq.
Qeyd edək ki, Konfederasiyalar Kuboku 17 iyun – 2 iyul tarixlərində keçiriləcək.
0
0