[b]Konfederasiyalar Kubokunun püşkü atıldı[/b]
26.11.2016 - 21:31
[b]Konfederasiyalar Kubokunun püşkü atıldı[/b]

2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar kubokunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Kazanda baş tutan mərasimdə FİFA-nın baş katibi Zvanimir Boban, Yarışların Təşkili Departamentinin rəisi Kolin Smit iştirak ediblər.

 

8 komandanın iştirak edəcəyi turnirdə komandalar 2 qrupa bölünüblər.

 

A qrupunda meydan sahibləri Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, B qrupunda isə Afrika çempionu, Çili, Avstraliya və Almaniya yer alıb.

 

Qeyd edək ki, turnirin qrup oyunları gələn ilin 17-25 iyun, yarımfinal matçları 28-29 iyun, final və üçüncülük matçları isə iyulun 2-də keçiriləcək.