“Çelsi”nin baş məşqçisi Antonio Konte komandadan ayrıla bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis vətəninə dönməyə hazırlaşır.
Belə ki, mövsümə uğursuz start götürən “Milan” gələn ilin yayından komandanı məhz Konteyə həvalə etmək niyyətindədi. Son nəticələr “rossonyerlər”in baş məşqçisi Vinçentso Montellanın postunu laxladıb. İtaliya klubu tezliklə onu istefaya göndərib, Valter Matzarri və ya Cennaro Qattuzonu mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin etməyi planlaşdırır.
“Çelsi”də işləri yolunda getməyən Konte özü də vətəninə dönməyin əleyhinə deyil. “Zadəganlar” bu mövsüm Çempionlar Liqasının və ya Premyer Liqanın qalibi ola bilməsə, çox güman ki, onunla yollar ayrılacaq.
Qeyd edək ki, Antonio Konte ötən ildən “Çelsi”ni çalışdırır.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”